Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Gədəbəydəki Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb. Onlayn formada reallaşan mərasimdə yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlərin təşkil olunacağına diqqət çəkilib. Eləcə də rayonda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaq, fəal vətəndaş kimi rayonun inkişafına töhfələrini verəcəklər. Bununla Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 28-ə çatıb.
- Baxış: 189