KepezTV Player
Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir. Peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır. ilkin mərhələdə əhalinin 20 faizinə vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, hazırda Azərbaycan həm iki tərəfli, həm də çox tərəfli danışıqlar aparılır. Dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa Azərbaycan vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq. Vaksinlərin alınması üçün vəsait Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılacaq.
- Baxış: 184