• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 21.09.2020 12:03

"Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək"

KepezTV Player

“Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək. Bunu Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının plenar iclasında çıxışında deyib. Spiker ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiyanın beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcəyinə və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcəyinə ümid etdiyini vurğulayıb.

Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.