Növbəti xəbərimiz isə gözlənilməz qəza olan yanğın hadisələri ilə bağlıdır. Müxtəlif yerlərdə evlər və obyektlər yandı. Diqqət ekrana təfərrüatları izləyək.
Ucarın Rəstəcə kəndində müəmmalı hadisə baş verir. Yerli sakin Qasım Qədirovun sözlərinə görə, ona məxsus 4 otaqlı yaşayış evində 20 gündən çoxdur ki, əşyalar öz-özünə alışır. Qəfildən yanğın çıxır. Alov söndürülsə də, əşyalar yararsız hala düşür. Bu səbəbdən evdə olan iki ailəyə məxsus bütün əşyalar həyətə çıxarılıb. Ailə üzvləri gecələri qohumlarının evində keçirməyə məcbur qalırlar. Yanğın hallarının birində Ucar dövlət yanğından mühafizə hissəsinə də müraciət ediliib. Yanğınsöndürənlərin köməkliyi ilə hadisənin qarşısı alınıb.
Goranboyun Gülməmmədli kəndində yerli sakin Vurğun Əmrahova məxsus yaşayış evində yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb.
Bərdə rayonunun Körpüsındıran kəndində də yanğın baş verib. Ümumi sahəsi 110 kv/m olan birmərtəbəli evin dam örtüyü, tavanı 18 kv/m sahədə və əşyaları yararsız hala düşüb. Evin qalan hissəsi FHN əməkdaşları tərəfindən alovdan mühafizə olunub.
Bakının Sabunçu rayonunda isə ümumi sahəsi 20 m² olan fəaliyyət göstərməyən bərbərxananın dam örtüyü yanıb. Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının müdaxiləsilə alov söndürülüb.<br>
Paytaxtın Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub. Alov söndürülüb.<br>
Cəlilabad rayonunun Suluçeşmə kəndində Gülnişan Əliyevaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub. Evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları yanıb. Ilkin ehtimala görə, elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.
- Baxış: 1116