KepezTV Player
Rusiya Xarici İşlər Nazirliyi Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib.
Mariya Zaxarova deyib ki, Rusiya Dağlıq Qarabağın de-fakto rəhbərliyinin Livanı tərk edən ermənilərin nəzarət etdikləri ərazilərdə yerləşdirilməsi niyyətindən xəbərdardır.
“Biz iki livanlı ailənin Dağlıq Qarabağa köçmək niyyətində olması ilə bağlı xəbərləri oxumuşuq. Livandan olan qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara real axın etməsi ilə bağlı məlumatlara malik deyilik.Hesab edirik ki, indi Dağlıq Qarabağ probleminin həllinə istiqamətlənən danışıqlar prosesinin bərpasına, o cümlədən regiondakı qaçqın və məcburi köçkünlərin probleminə diqqəti yönəltmək lazımdır - deyə M. Zaxarova vurğulayıb.
- Baxış: 198