• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 867
— 14.09.2020 19:54

Göygöl və Maralgölə körpə balıqlar buraxılıb

KepezTV Player

Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, təbii su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə təbii sututarlarına balıq körpələrinin növbəti buraxılışı Göygöl Milli Parkının ərazisində keçirilib. Körpə forel balıqları Göygöl və Maralgöl göllərinə buraxılıb. Balıq ehtiyatlarının artırılması və qorunmasının vacibliyinin təşviqi məqsədilə körpə balıqların təbii su hövzələrinə buraxılışı sentyabrın sonunadək davam edəcək.