• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 12.09.2020 20:30

Hərbçilər və sakinlərlə görüş

KepezTV Player

Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan Hikmət Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib.Hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb.Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb. Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən Hikmət Hacıyev əhalinin qayğıları ilə də maraqlanıb.