Yeni dərs ilinə yeni məktəblərdə. Bu imkandan Ağstafa və Tovuzun kəndlərində yaşayan şagirdlər yararlanmaq imkanı qazanıb. Təhsilin də inkişafına təkan olacaq müasir tələblərə cavab verən bilik ocaqları artıq istifadəyə tam hazırdır.
Ağstafa rayonunun Muğanlı kəndində 624 şagird yerlik məktəb binası əsaslı təmir edilib. 40 ilə yaxındır istismarda olan bina qəzalı vəziyyətə düşdüyündən yenilənməsinə qəzar verilib. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə başlanılan işlərin nəticəsi olaraq köhnə tikilidən əsər-əlamət qalmayıb. Yaradılan müasir sinif otaqları, fizika-kimya laboratoriyaları, biologiya və texnologiya kabinetləri, idman və akt zalların burada təlim-tədris prosesini günün tələbləri səviyyəsində qirmağa imkan verir. Məktəbdə mərkəzi istilik sistemi də yaradılıb. Yeni məktəb yeni dərs ilində tədrisin daha səmərəli təşkilinə əsas verir.
Faxrəddin Səfiyev - sakin: Laboratoriyaları gəzdim. Sinif otaqlarında, idman zalında oldum. İnanılmaz dərəcədə gözəl işlər görülüb. Gözəl avadanlıqlar, əyani vasitələr qoyulub. Bütün siniflər üzünə gülür.
Analoji vəziyyət Tovuz rayonunun Aşağı Quşcu kəndində də hökm sürür. Kənddəki məktəbin yenilənməsi nəticəsində 850 şagirdin təhsilalma imkanları xeyli dərəcədə yaxşılaşıb. Yeni fənn kabinetləri, 3 laboratoriya, kitabxana, idman zalı, yeməkxana həm şagirdlər, həm də müəllimlər üçün əlavə öhdəliklər yaradır. 93 müəllimin çalışacağı məktəb 1176 şagird yerlik olmaqla əyani və disidant təhsil üçün yaradılan şəraitlə seçilir.
Orxan Abbasov - Təhsil Nazirliyinin şöbə müdirinin müavini: Bütün təhsil müəssisələrində sentyabr ayının 15-nə hazırlıq işləri görülür. İnşallah sentayabr ayının 15-dən ilkin olaraq intidai təhsil səviyyəsində dərslər başlayacaq.
İstifadəyə verilən təhsil ocaqlrı müşahidə kameraları ilə təchiz olunub.
Natiq Hüseyn
- Baxış: 399