• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 11.09.2020 19:58

Əlillik necə təyin olunur?

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunvericiliyə uyğun olaraq əlilliyin təyinatı qaydalarını açıqlayıb. Vətəndaş əlilliyin təyinatı üçün yalnız səhiyyə müəssisəsinə müraciət edir. Səhiyyə müəssisəsi əlilliyin qiymətləndirilməsi üçün "Forma 88" adlı göndərişi elektron sistemə daxil edir. Fərdi məlumatlar sistem vasitəsilə adsızlaşdırılır. Ekspert-vətəndaş kontaktı olmadan əlillik təyin edilib-edilməməsinə dair qərar qəbul olunur. Əlillik təyin edildikdə məlumat sosial təminat orqanına göndərilir. Əlilliyin təyin edilib-edilməməsi, həmçinin bunun səbəbi barədə məlumat vətəndaşın telefonuna sms vasitəsilə göndərilir.