Sabah Məhərrəm ayının 10-cü günü - Aşuradır. Aşura kimi böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxması baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, bu il məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilmir.
Özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir kəsin borcudur. Tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunəsidir. Odur ki, Məhərrəm ayı başlayandan Gəncədə qanvermə aksiyasına start verilib. Aksiyada iştirak edən könüllü donorlardan toplanan qan ehtiyatı hemofiliya və talessemiyadan əziyyət çəkənlər və digər qana ehtiyacı olan xəstələr üçün istifadə edilir. Bu xeyirxax əməl insanlıq nümunəsi olaraq örnək təşkil edir.
Tahir Abbasov QMİ-nin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi: Məhərrəmlik, aşura tədbirləri pandemiyya əsasında məscidlərdə və ziyarətgahlarda kütləvi halda keçirilmir. Amma bu o demək deyil ki, aşura mərasimi ləğv edilir. Aşura mərasimi yaşıyır, İmam Hüseyn qəlbimizdə hər zaman yaşıyır. Hər kəs bunu öz evində ailəsi ilə birlikdə keçirərsə daha yaxşıdı. Həm xəstəlikdən uzaq olarlar, həm də imam yası saxlamış olurlar. Eyni zamandda hər imamzadə də qan vermə aksiyası keçilirdi. İnsanlarımızdan xahiş edirəm ki, qan verməni şəhər qan köçürmə məntəqəsində gedib verərək bu misyalarını yerinə yetirmiş olarlar. Xeyriyyəçilik məqsədlərini də ehsanlarını da qohum və əqrəbələrinə yaxınlarına yardımlaşma ilə edmiş olarlar.
Gəncədə sabah Aşura ilə bağlı qan vermək istəyənlər Sabir Hacıyev küçəsi 2 ünvanında yerləşən Mərkəzi Qan Bankının Gəncə bölməsinə müraciət edə bilərlər. Burada 6 həkim briqadası gücləndirlimiş iş rejimində çalışacaq. Toplanan qanın yoxlanması üçün laboratoriya da tam gücü ilə işləyəcək.
Solmaz Zeynalova Mərkəzi Qan Bankının Gəncə Bölməsinin həkimi:Tibb işçilərimizin hamısı iş başındadır. Hər kəs öz vəzifəsini yerinə yetirir. Sabah səhər saat 8-dən 24 saat ərzində gecə də olsa qan verməyə gəlmək istiyən olsa biz onları qaəbul edib yola salacağıq. Məhərrəm ayı çıxana kimi bütün insanlardan xahiş edirik ki, gəlib qan versinlər. Biz həmişə iş başındayıq.
Qərb bölgəsində aktiv talassemiya xəstələrinin sayı 74, hemofiliyalı xəstələrin sayı isə 67 nəfərdir.
Elnur Vahidoğlu
- Baxış: 553