KepezTV Player
Qaydaları kobud şəkildə pozdu, yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaratdı. Astarada avtoxuliqanlıq edən şəxs cəzasız qalmadı, həbs olundu.
Rayonun Siyakü kənd sakini Səbuhi Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib. Bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkədə paylaşılıb. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan həmin sürücü saxlanılıb.
- Baxış: 851