KepezTV Player
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 986, bu günə qədər isə ümumilikdə 861 788 test icra olunub.
- Baxış: 706