• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1754
— 20.08.2020 12:36

Müxalifət lideri komadadır

KepezTV Player

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, müxalifət lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib. Onun mətbuat katibi Kira Yarmışın bildirdiyinə görə, Navalnı Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. “Aleksey süni tənəffüs aparatına qoşulu vəziyyətdədir, komadadır, vəziyyəti ağırdır. Analizin nəticələri hələlik yoxdur”, - deyə mətbuat katibi qeyd edib.