KepezTV Player
Kafe və restoran sahiblərinə müraciət edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimov deyib ki, fəaliyyətə başlayan bəzi restoran və kafelərdə ara məsafəsi gözlənilmir. Bəzi obyektlərdə stollar qoyulmuş qaydalara uyğun yerləşdirilmir: “Sahibkarlara müraciət edirik ki, onlar obyektlərini açmamışdan qabaq masaları qaydalara uyğun tənzimləsinlər. İstər obyekt sahibi, istərsə də orada işləyən digər şəxslər bütün məsələlərlə bağlı ciddi səy göstərməlidirlər. İctimai iaşə obyektlərində virusa yoluxma daha yüksəkdir. Ona görə də, qoyulmuş qaydalar düzgün yerinə yetirilməlidir”, - deyə Kərimov vurğulayıb.
- Baxış: 242