Uşaq vaxtlı vaxtında peyvənd olunarsa, onun xəstəliyə qarşı immuniteti də yüksək olar. Həkimlərin sözlərinə görə, belədə azyaşlıların xəstəliyə tutulma ehtimalı demək olar ki, 90 faiz azalır. Gəncədə uşaqların vaksinasiyası hər zaman diqqətdə saxlanılır. Bu yöndə valideynlər mütəmadi olaraq maarifləndirilirlər. İlin əvvəlindən indiyə kimi şəhər üzrə 6 yaşa qədər olan 4900 uşaq peyvənd edilib. Hazırda da ərazi poliknikalarında azyaşlılara 11 xəstəliyə qarşı vaksin vurulur.
Dürdanə Cabbarova nənə: Nəvəmin üç yaşı var. Sahə həkimi peyvəndə görə çağırdı. Gətirdim yoxladılar, peyvəndini vurdular.
Vaksinasiya təyin olunan qrafikə uyğun həyata keçilir. Əvvəlcə sahə həkimləri peyvənd olunacaq uşaqların siyahısını hazırlayır, valideynlərə övladlarını ərazi poliknikalarına gətirmək tapşırılır. Poliklinikalarda azyaşlılar xüsusi ayrılan peyvənd otağında müayinə edilir. Uşaqda qızdırma, eləcə də hər hansı xəstəlik müşahidə edilmədikdə ona vaksin vurulur.
Dilarə Əliyeva 3 saylı uşaq poliklinikasının sahə həkimi: Çalışırıq ki, uşaqları səhər saat 12-ə kimi peyvənd edək. Uşaqlarda reaksiya verməsin deyə günün ikinci hissəsində uşaqlar peyvənd olunmur. Uşaqları mütamadi olaraq dispanserzasiyadan keçiririk, qan analizi verilir. Dərmanlarımızda açıldı həmin gündə vurulur. İkinci gündə o dərmanda nəzarət edib istifadə etmirik. Karanavirus xəstəliyi olduğuna baxmayaraq biz uşaqlara vaxtlı vaxtında proflaktik peyvəndi edirik.
Səhiyyə Nazirliyinin göndərdiyi peyvəndlər Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində xüsusi soyuducularda saxlanılır. Daha sonra soyuq zəncir prinsipinə riayət olunmaqla poliklinikalara çatdırılır. Mütəxəssislər valideynlərə çağırış da ediblər.
Almaz Tomiyeva Gəncə şəhər GEM-in şöbə müdiri: Aprel, may, iyun aylarında peyvəndləmə işi çox ləng gedib. Mənim müraciətim odur ki, analar uşaqlarını gətirsinlər. Deyirlər ki, yayadı peyvənd etmək olmaz. Ancaq bu, elə deyil, bizim peyvənd təqvimimiz var. Peyvənd təqvimində də uşaqlar hər ay peyvənd oluna bilər. Peyvənd işi bilavasitə ikinci infeksiya yoluxanda onun daha asan keçməsinin gətirib çıxarır. İkinci üçüncülü infeksiyanın olması uşağın ölümünə gətirib çıxara bilər.
Gəncə şəhərində ərazi üzrə 5 poliklinika, 3 uşaq xəstəxanası fəaliyyət göstərir. Yeni doğulanlara sahə həkimləri tərəfindən peyvənd pasportu da verilir. Bu pasportda uşağın 6 yaşa kimi 11 xəstəliyə qarşı peyvəndinin vurulma tarixləri yazılır.
Elnur Vahidoğlu
- Baxış: 504