• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 17.08.2020 19:52

"Evdə qal, mütaliədən qalma"

KepezTV Player

Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş edən Azərbaycan, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri ilə mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir. Elmi ədəbiyyatın da öz yeri və çəkisi var. Koronavirus təhlükəsini yaşadığımız bu günlərdə Gəncənin ən böyük kitabxanası qoynunda saxladığı inciləri oxuculara geniş şəkildə çatdırmaq üçün kitabxana-informasiya xidmətini davam etdirir.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi mart ayından bu günə qədər onlayn formada fəaliyyət göstərir. Kitabxana əməkdaşları tərəfindən Zoom proqramı vasitəsilə təşkil etdilən görüşlər kitabsevərlər tərəfindən olduqca maraqla qarşılanıb. Sayta daxil olanların sayı da kifayət qədərdir. Belə ki, bu günə qədər müzakirələrə qoşulan və kitabxananın saytına müraciət edənlərin sayı 500-ə çatıb.

Gülnaz İsgəndərova - Gəncə şəhər MKS-in əməkdaşı: Onlayn tədbirlər deyərkən instagram vasitələsilə Xəzangül Hüseynova AYB-nin Gəncə regional bölməsinin sədri, Anar Bürcəliyev, Zahid Xəlil ilə Gülizar İbrahimova ilə İradə Əlili, Sevinc Nuruqızı ilə fliallarımız və digər əməkdaşlarımız onlayn tədbirlər keçirilər. Zoom proqrmaı vasitəsilə video-konfranslar kitab müzakirəsi, şeir, nağıl saatları təşkil edirik. bu məqsədlə biz kitabxanaçı olaraq çalışırıq izləyicilərimizi və oxucularımızı daim maraqlandıran onlara maraqlı olan tədbirlər keçirək.

Həftənin 5 iş günü fəaliyyətini onlayn davam etdirən kitabxana işçiləri bölgədəki oxucular üçün mərkəz üzrə virtual səyahət imkanı yaradırlar. Maraqlı kitabların videogörüntüləri və xülasələri kitabxananın rəsmi sosial şəbəkə hesablarında paylaşılır. Oxucuların istəyi əsasında müxtəlif nəşrlər pdf formatında onlara göndərilir.

Elmira Əliyeva - Gəncə şəhər MKS-nin direktoru: Evdə qal, mütaliədən qalma devizi altında işlədik.

Bir sözlə, görülən bütün işlər oxucuların kitab aləmindən ayrı düşməməsinə hesablanır. Axı ancaq mütaliəni gündəlik vərdişinə çevirən cəmiyyət inkişafa nail ola bilər.