• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2077
— 17.08.2020 19:26

Qadın sürücü 4 azərbaycanlını öldürdü

KepezTV Player

Tbilisidə 4 azərbaycanlının ölümü ilə nəticələnən qəza baş verib. Kvemo Poniçala - Aşağı Soğanlıq qəsəbəsində yüksək sürətlə hərəkət edən avtomobil əvvəlcə başqa bir maşına çırpılıb, daha sonra isə 7 piyadanı vurub. Hadisə nəticəsində 25 yaşlı qadın və onun dörd yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan dörd nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri yeddi yaşlı uşaq olub. Ölən və xəsarət alanlar eyni ailənin üzvləridir. Qəzanı törədən qadın sürücü hadisə yerindən qaçsa da, sonradan saxlanılıb.