Ağstafa polisi koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbir keçirib. Reydlər rayon ərazisindəki market və digər ticarət obyektlərini, eləcə də əhalinin sıx olduğu yerləri əhatə edib. Tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları isə dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, onları karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruriliyi, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi diqqətə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.
- Baxış: 345