• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 15.08.2020 20:39

UTECA beynəlxalq əlaqələri genişləndirir

KepezTV Player

Bu il 50 illik yubileyini qeyd edən Azərbaycan Texnologiya Universiteti beynəlxalq əlaqələrini genişləndirir. Təhsil ocağı üçün xarici ölkələrlə tələbə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir.

Hər zaman təhsil alanlar üçün yüksək şərait yaradan universitet bu il də bir neçə dövlətlə, həmçinin ölkədəki ali məktəblərlə tələbə mübadiləsi aparacaq. Bu mövsüm əməkdaşlıq çərçivəsində Gürcüstanın 20-yə yaxın tələbəsi Gəncəyə gələcək, eləcə də UTECA tələbələri Rusiya və Özbəkistan universitetlərində təhsillərini davam etdirəcəklər. Daim MDB dövlətləri, Avropa və Asiya ölkələri ilə əlaqə yaradan ali təhsil ocağı bir sıra mühüm müqavilələrlə beynəlxalq əlaqələrini daha genişləndirib.

Füzuli Məmmədov UTECA-nın kafedra müdiri: 7 dövlətin universitetləri arasında biz əməkdaşlıq müqaviləsi imzaladıq. Bu əməkdaşlıq müqaviləsinin imzalanmasında şəxsən universitetimizin rektoru Akif Süleymanovun böyük xidmətləri oldu. Müqavilələrə əsasən tələbə mübadiləsi, ikili diplomlar, müəllimlərin ixtisasartırma kursları, doktorantların xarici dövlətlərdə təhsil almalarıdır. Bunlar hamısı bizim əməkdaşlıqda pulsuz qeyd olunubdur.

Bu il Texnologiya Universitetində 70-i qiyabi, 865 əyani şöbədə olmaqla ümumilikdə tələbələr üçün 935 yer ayrılıb. Bunun da təxminən 700-ü mühəndisliklə bağlı ixtisaslar üzrədir.

Füzuli Məmmədov UTECA-nın kafedra müdiri:Texnologiya, texnika əsridir. Gələcəkdə mühədis kadrlara böyük ehtiyac yaranır. Ona görə də mən fürsətdən istifadə edib, həmin abituriyentlərə üzümü tutub deyirəm ki, onlar gələcəkdə iş yerlərinin olmalarını istəyirlərsə, hökmən mühəndis ixtisaslarına xüsusi üstünlük versinlər. Hansı ki, 10 milyonluq əhalini həm geyim məhsulları ilə, eləcə də qida məhsulları ilə təmin edən universitetimiz var. Gözəl bazamız var. Seçim edəndə bizim universiteti nəzərə alsınlar.

UTECA-da ötən il Banqladeş və  Gürcüstandan olan 15-dən çox tələbə təhsil alıb. Eləcə də 1 azərbaycanlı tələbə universitet xətti ilə Polşaya gedib.