KepezTV Player
Baş Naziri Əli Əsədov dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. Sənəddə koronavirusa qarşı mübarizənin təşkilini təmin etmək və icrasına ciddi nəzarətlə bağlı tapşırıqlar yer alıb. Qeyd olunub ki, işə cəlb edilən işçilərin sayı ən çoxu 50 faizə qədər müəyyən edilməlidir.65 yaşdan yuxarı işçilər işə cəlb olunmamalıdır. Əməkdaşlar həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb olunmalıdır. Tapşırıqlar 31 avqustadək 48 mərkəzi və yerli icra hakimiyyəti orqanı, həmçinin dövlət qurumunda tətbiq edilməlidir.
- Baxış: 330