• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1758
— 11.08.2020 11:51

İstirahətə gələn 18 nəfər cərimələndi

KepezTV Player

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb. İstirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri yoxlanış məqsədilə şöbə əməkdaşları tərəfindən saxlanılıb. Bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qusar rayonuna gəldikləri məlum olub. 18 nəfər barəsində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib. Reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Qaydaları pozan 25 nəfər 100 manat cərimə olunub.