• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 11.08.2020 12:05

Sərhədi qanunsuz keçmək istədilər

KepezTV Player

Dövlət Sərhəd Xidməti “Şəmkir” sərhəd dəstəsinin Ağs­tafa rayonunun Sadıqlı kən­dinin yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazi­sində Azərbaycandan Gürcüstan istiqa­mə­tində naməlum şəxs­lərin hərəkəti aşkar edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti əra­­zi qapadılıb və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəti­cədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb. Saxlanılan şəxlərin Ağstafa rayon sakinləri olduqları müəyyən edil­ib, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağs­ta­fa rayonu icra hakimiy­yətinin başçısı yanında yetkinlik yaşına çat­ma­yanların işləri və hüquqlarının mü­da­fiəsi üzrə komissiyaya təhvil veriliblər. Fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.