KepezTV Player
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reyd keçiriblər. Sərt karantin rejiminin tətbiq olunduğu Gəncə şəhərindən icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən olunub. Onlar Polis Şöbəsinə dəvət ediliblər, profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub. Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə yazılıb.
- Baxış: 1411