KepezTV Player
Bildiyiniz kimi, yüngül simptomlu koronavirus xəstələri evdə müalicə alır. Və onların yaşadıqları ünvanı tərk etmələri qadağandır. Lakin bu qaydalara məhəl qoymayıb, qanun pozanlar da var.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxan şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib.Şəhər sakini Xəqani Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilib və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
- Baxış: 985