• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 891
— 23.07.2020 19:29

MM-in qarşısında baş verənlərlə bağlı daha bir qrup şəxs həbs edilib

KepezTV Player

İyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda ictimai qaydanın kobud surətdə pozanlar qanundan qaça bilmirlər. Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərdən daha bir qrupunun şəxsiyyəti müəyyən edilərək saxlanılıb. Onlar şübhəli şəxs qisimində istintaqa cəlb edilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq məhkəmənin müvafiq qərarları ilə həbs olunublar. Həmin şəxslər Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər. Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.