KepezTV Player
Astara Rayon Polis Şöbəsinə rayonun Marzəsəy kənd sakini Şadoğlan Əliyevin karantin qaydalarını pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.Polis əməkdaşları dərhal həmin ünvana yollanıblar və məlum olub ki, kənd sakini Şadoğlan Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis keçirir. İnsanların ünvana toplaşmasının qarşısı alınıb. Karantin rejimi qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Şadoğlan Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.
- Baxış: 1086