• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 17.07.2020 19:16

1 146 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

KepezTV Player

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə bir sutka ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 013 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tibbi maskalardan istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 133 nəfər olmaqla ümumilikdə 1 146 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 35-i paytaxt istiqamətinə olmaqla 65, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 85-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 165 avtomobil geri qaytarılıb. Ümumilikdə 335 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.