Quba və Xaçmazda karantin qayadaları pozulub.Hərbi xidmətdən qayıdan oğlullarına yığıncaq keçirən atalar cərimələniblər.
Ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyevin oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.
Analoji qayda pozuntusunun qarşısı Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən də alınıb. Belə ki, bölmə əməkdaşları şəhər ərazisində xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar. Məclis dayandırılıb və ev sahibi, məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.
- Baxış: 1057