KepezTV Player
Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarda etdiyi dəyişikliyə əsasən, daha 6 rayon və o cümlədən 3 şəhərdə koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək. Bu siyahıya Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən və Xaçmaz rayonları, o cümlədən Mingəçevir və Şəki şəhərləri daxil edilib.Yevlax rayonu isə siyahıdan çıxarılıb, siyahıya yalnız Yevlax şəhəri salınıb.
- Baxış: 434