• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 06.07.2020 15:05

Şəmkirdə karantin qaydalarını pozaraq stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edilib

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejimi qaydalarının təmin olunması istiqamətində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. Rayon ərazisində aparılan növbəti yoxlamalar zamanı qaydaları pozaraq stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargahın və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi yoxlamalar zamanı  Çinarlı qəsəbəsində yerləşən bir neçə kafe sahibinə dəfələrlə xəbərdarlıq edilsə də, onların qaydalara əməl etmədikləri müəyyən edilib. Bu səbəbdən də qəsəbə sakinləri Elnur Məcidov və Xəqani Süleymanov inzibati qaydada cəzalandırılıblar.

İlqar Əliyev Şəmkir RPŞ-nin rəis müavini: Məcidov Elnur Mübariz oğlu və Süleymanov Xəqani Telman oğlu işlətdiyi kafedə müştərilərin əyləşdiyi masalarda sosial məsafəyə riayət etməyərək stolüstü oyunlar təşkil edərək  karantin rejimi qaydalarını kobud şəkildə pozmaqla polisin qanunu tələblərinə qəsdlə tabe olmamış əhalinin sağlamlığı üçün real təhlükə yaradıb.

Obyekt sahibləri, gec də olsa səhv etdiklərini anlayaraq əməllərinə görə peşman olduqlarını bildiriblər. Bu kimi halların yol verilməz olduğunu etiraf ediblər.

Elnur Məcidov obyekt sahibi: Çinarlı qəsəbəsində çayxana işlədirdim. Bizə xəbərdarlqı olundu ki, ara məsafəsini qoruyaq. Biz əməl etmədik karantin rejimini pozduq.

Xəqani Süleymanov obyekt sahibi: Biz səhv etmişik. Məsafəni bir az qoymuşuq. Ona görə də peşmanıq. Əhalidən xahiş edirik, karantin rejiminə riayət etsinlər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 8 gün müddətində inzibati qaydada həbs ediliblər.

Natiq Hüseyn