Bu gün Azərbaycan Ordusu 102 yaşını qeyd edir. Silahlı Qüvvələr Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
1918-ci ildə verilən qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
Azad Bayramov - tarixçi: “səhrhəd boyunca AXC-nin hakimiyyətinin yaradılması üçün Milli Ordunun yaradılması ən vacib şərtlərdən idi. O zaman türk ordusu Nuripaşanın başçılığı altında burda Mehmandarovun, Əliağa Şıxlınskinin rəhbərliyi ilə yaradılmış müsəlman əlahiddə korpusu ilə birləşərək Qafqaz İslam ordusu yaradıldı. Ordu Gəncədə ilk olaraq, Qafqa zİ slam Ordusu bakı istiqamətində iyun ayında o zaman Stephan Şamyanın başçılığı altında olmuş erməni bolşevik quldur dəstələrinə qarşı əks hücumə keçdilər və iyun ayının 31-də Göyçayda Şamyan əsaslı sürətdə məğlub edildi. Hücum davam etdirildi. Sentyabrın 15-i artıq Xalq komissarlığı soveti süquta uğradı. O zaman sentro kaspi diktaturası yaradılmışdı o tam və iflası uğradı. 1918-ci il sentyabrın 17-də artıq AXC mərkəzi paytaxt Bakını seçdi və Bakıya köçdü.”
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxıldı və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradıldı.
Yusif Məmmədov - Gəncə şəhər Veteranlar Təşkilatının sədri: “Ən cəsur qəhrəman döyüşən Azərbaycan əsgəridir. Mən Gəncədə 70-ci polkda istər-istəməz bizdə başqa millətlər var idi. O millətlərin içərisində atıcılıqda, qaçmaqda biz azərbaycanlılar bütün millətlərdən seçilirdik. Bizim millət bizim əsgərlər çox qeyrətlidir , dözümlüdür. Əsgərlərimiz vətənimişi çox istəyir. Ona görə də respublikamızda nə qədər hərbiçilər var 16-cı ildə olan əsgərlərimizin qarşısında baş əyirəm Mən hər hissələrdə oluram generallarla söhbət edirəm onların danışığından elə hiss edirəm ki, əgər müharibə olarsa, onlar torpağı almağa qadirdir və güclüdürlər.”
Azad Bayramov - tarixçi: “Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Milli orudusu dünyanın ən güclü orduları sırasında 50-ci yerdə dayanır. Bu gün Azərbaycan Ordusu işğal olunmuş nəinki Dağlıq Qarabağ, eyni zamanda ermənilər tərəfindən işğal olunmuş bütün Azərbaycan torpaqlarını geri almağa qadirdir.”
Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri daxildir. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
- Baxış: 1049