• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 25.06.2020 20:58

547 nəfər koronavirusa yoluxub

KepezTV Player

Toyların bərpası üçün yoluxma statistikasının normal səviyyəyə düşməsi lazımdır. Yumşalmalarla bağlı nə zaman addımlar atıla bilər? COVİD-19 un evdə müalicəsi necə təmzimlənəcək? Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında buna aydınlıq gətitilib. Pandemiya dövründə bəzi səlahiyyətlərin Səhiyyə Nazirliyinə verilməsinin səbəbləri də açıqlanıb.

"Bəzi şəxslər arxa küçələrdə toplanırlar, maskadan istifadə etmirlər"

TƏBİB-in şöbə müdiri deyib ki, bəzi vətəndaşlar artıq koronavirusun çox ciddi xəstəlik olduğunu hiss etməyə başlayıblar, bəziləri isə yenə də arxa küçələrdə toplanır, maskadan istifadə etmirlər.  Bu gün hətta elə ailələr var ki, yaşlılarda test neqativ nəticə verir, amma uşaqlarda testlər müsbət çıxır və onlar  ötürücü olurlar.

Evdə müalicə necə tənzimlənəcək?

Evdə müalicə ilə bağlı tibbi-metodik göstərişlər hazırlanaraq xəstəxanalara paylanıb. Belə  xəstələrin statistikası da aparılacaq. Onlara nəzarəti sahə həkimləri edəcək.

Rəqəmlər artsa, məcburiyyət qarşısında qalıb sərtləşməyə getməli olacağıq.

Xəstəliyi nəzarətdə saxlamaq mümkün olduğu zaman yumşalmalarla bağlı addımlar atıla bilər.

Toyların bərpası üçün yoluxma statistikasının normal səviyyəyə düşməsi lazımdır

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva xarici təcrübədə olan müəyyən qaydalar əsasında toyların bərpası və bölgələrə gediş-gəliş məsələsinə də münasibət bildirib. Vurğulayıb ki, bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür".

Bu ilin sonunadək peyvənd əlçatan olacaq

Mətbuat konfransında vurğulanıb ki, bu gün Avropada pandemiya ilə bağlı vəziyyət yaxşılaşır. Ancaq qlobal olaraq ürəkaçan deyil. Son 14 gündə Azərbaycanda virusa yoluxanların sayı 50 faiz artıb. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı peyvəndlərlə bağlı xoş xəbəri də çatdırıb.

ÜST nümayəndəsi insanları məsuliyyətli olmağa çağırıb

ÜST nümayəndəsi insanları daha da məsuliyyətli olmağa çağırıb.

Hande Harmancı sosial şəbəkədə rayonda olması barədə yayılan fotolara da aydınlıq gətirib.

BMT nümayəndəsi Azərbaycana texniki dərstək göndərilməsindən danışıb

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai hazırda koronavirus pandemiyasının İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdid olduğuna diqqət çəkib. Pandemiya dövründə Azərbaycana texniki dərstək göndərilməsi məsələsindən də danışıb.

Texniki yardımla bağlı bütün ölkələrdən planların hazırlanması xahiş olunub.