• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 23.06.2020 12:04

Həcc ziyarəti ləğv edildi, Azərbaycanda ödənişlərin qaytarılmasına başlanıldı

KepezTV Player

Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı, martın 24-dən isə sənəd qəbul edilmirdi. Bu il Həcc ziyarətinə getmək üçün müraciət edən 250-yə qədər şəxsdən 150 nəfərə yaxını ödəniş edib.Artıq ödənişlərin qaytarılmasına başlanılıb və hər kəsin vəsaiti özünə veriləcək.Ziyarətin qiyməti 4 490 dollar idi.