Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində məlumat verilib. I klasterdə, o cümlədən Gəncədə isə xüsusi sərt rejim tətbiq olunacaq. Təfərrüatlar barədə videomaterialda.
Bir sıra sahələrdə fəaliyyət dayandırılacaq, SMS-icazə tətbiq ediləcək
Sərt rejim dövründə narıncı zonaya daxil olan şəhər və rayonlarda, o cümlədən Gəncədə bir sıra sahələrdə fəaliyyət dayandırılacaq.
Leyla Abdullayeva onu da diqqətə çatdırıb ki, 1 iyundan tətbiq olunan məhdudiyyətlər də qüvvədə qalır. Bunlara daxildir:
65 və daha yuxarı yaşlı insanların evdən çıxması qadağan olunmur, lakin həmin şəxslərin evdə qalması ciddi şəkildə tövsiyə olunur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı vurğulayıb ki, Azərbaycada epidemioloji vəziyyət qənaətbəxş deyil, ölkədə xəstəliyin yayılması sürəti yüksəkdir. Koronavirus xəstələrinin sağalma müddəti də uzanaraq, 12-14 günədək çatır. Bununla əlaqədar yeni yoluxanların və sağalanların sayında fərq yaranır, xəstəxanada uzun müddət qalanların sayı çox olur.
Yuxarı tənəffüs yolundan götürülən nümunə neqativ çıxa bilər, amma...
Ramin Bayramlı qeyd edib ki, modul tipli xəstəxanalarla birlikdə ölkədə 7000-ə yaxın çarpayı fondu var, amma xəstələrin sayı 5000-ə çatır. Vəziyyəti kifayət qədər ağır olan və intensiv terapiya tələb edən xəstələr var və bu, say çox təhlükəlidir.
Bir daha maskadan istifadənin zəruriliyi barədə...
TƏBİB sədri bir dava vətəndaşları maskadan istifadəyə çağırıb və bunun zəruruiliyinə diqqət çəkib.
Poliklinikalar simptomu zəif olanların evdə müşahidəsi ilə məşğul olacaq
Simptomu zəif olan xəstələrin evdə müalicəsi ilə bağlı NK tərəfindən qərar qəbul olunub. Bu istiqamətdə təlimlər keçirilib, artıq poliklinikalar simptomu zəif olanların evdə müşahdiəsi ilə məşğul olacaq. Bununla əlaqədar olaraq e-təbib mobil tətbiqi vasitəsilə evdə müalicə alan pasiyentlər müşahidə altında saxlanılcaq, eyni zamanda onların evi tərk etməməsi ilə bağlı müvafiq qurumlar tərəfindən nəzarət həyata keçiriləcək. Poliklinika əməkdaşları 12 saatdan bir ayrı-ayrı saatlarda ev telefonu vasitəsilə onlara sorğular yönləndiriləcək, elektron sistemə daxil ediləcək və mərkəzdən qəbul ediləcək qərara əsasən, pasiyentin evdə müalicəsinin davam etdirilməsi, yaxud xəstəxanaya təxliyəsinə qərar veriləcək.
- Baxış: 608