Həkimlərin peşə bayramı günü münasibətilə Şəmkir rayonunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov fədakar həkimləri təbrik edib, görünməz təhlükəyə qarşı mübarizə aparan günün qəhrəmanlarına əvəzolunmaz xidmətlərinə görə təşəkkürünü bildirib. Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə həkimlərin fədakarlıqları, öz vəzifə borclarını şərəflə yerinə yetirmələrinin cəməyyitimizin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılandığı vurğulanıb. Bu nəcib peşə sahiblərinin əməyinin hər zaman dövlət tərəfindən yüksək qiymətləndirildiyi önə çəkilib. Sonda koronavirusla mübarizədə vətənpərvər fəaliyyətlərinə görə Şəmkir səhiyyəsinin əməkdaşlarına rayon icra hakimiyyəti başçısı tərəfindən hədiyyələr verilib.
Yusif Quliyev - Şəmkir RMX Publik Hüquqi şəxsin direktoru: Ancaq biz burada koronovirus xəstələrinə xidmət edirik. Ancaq rayonumuz böyükdür. Digər xəstəliklər var. Ona görə də rayonumuzun ikinci ən böyük xəstəxanası olan Kür qəsəbə xəstəxanası yüksək səviyyədə təmir olunub. Ən müasir xəstəxanadır. Bizim digər həkimlərimiz hazırda Kür qəsəbə xəstəxanasında fəaliyyət göstərirlər. Yəni cərrahiyyə doğum və digər ixtisaslı həkimlərimiz oradadır.
Natiq Hüseyn
- Baxış: 486