KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən 18 və 19 iyun tarixlərində ümumi və tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək. İmtahanlar respublikanın 38 şəhər və rayonunda olacaq.Ümumilikdə 209 imtahan binası, 3443 imtahan zalı ayrılıb.Ümumilikdə 43767 şagirdin imtahanlarda iştirakı nəzərdə tutulur.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
- Baxış: 330