• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 13.06.2020 15:39

Sərt karantin rejiminin tələbləri nəzarətdə saxlanılacaq

KepezTV Player

Koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərarına uyğun olaraq, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə iyunun 14-ü gecə saat 12-dən 16 iyun saat 6-a qədər xüsusi rejimdə fəaliyyət göstərəcək. Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq şəhərin giriş-çıxış hissələri ilə yanaşı bütün küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq. Yalnız xüsusi icazəsi olan şəxslərin və avtomobillərin hərəkəti mümkün olacaq. Şəhər sakinlərindən karantin rejimi tələblərinə əməl etmək tələb olunur.

Eşqin Qasımov DİN-nin mətbuat xidmətinin əməkdaşı: Çatdırılma ilə məşğul olan apteklərin fəaliyyətinə icazə veriləcək. Lakin bu zaman həmin həmin aptek işçilərinin  adlarının icazə portalında olması vacibdir. Əks halda onlar barəsində qanuna müvafiq tədbir görüləcək. Gəncə şəhər Baş Polis İdarəsi olaraq şəhər sakinlərindən sərtləşmiş karantin rejimi tələblərinə riayət etməyi mümkün qədər evdə qalmağı zərurət olmadıqda evdən çıxmamağı tövsiyyə edirik. Zərurət yarandıqda isə məlum icazəni aldıqdan sonra yaşayış yerlərini tərk edə bilərlər.