KepezTV Player
Ölkə ərazisində kəskin isti gözlənilir. İyunun 13-ü və 14-də havanın temperaturu yüksələcək. Maksimal temperaturun Mərkəzi Aran rayonlarında 42 dərəcəyədək olacağı gözlənilir. İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.Hava əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhər görülmür.
- Baxış: 264