Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu davam edir. Proses iyunun 10-da yekunlaşacaq.Təhsil Nazirliyinin məlumatına görə, iyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir. Eyni zamanda, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənən və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.Bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər öz ərizələrini təsdiq edib. Sentyabrda təhsil müəssisələrinə qəbul olunacaq yeni tələbələr də həssas qrupdan olarsa, ödənişlə bağlı müraciət edə biləcəklər.
- Baxış: 342