KepezTV Player
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblının sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında COVİD-19 testinin nəticələri pozitiv çıxıb: "Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVİD-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib”, - deyə Talıblı vurğulayıb.
- Baxış: 434