• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 05.06.2020 20:05

"Təmizlik" adlı təbiət düşməni

KepezTV Player

Koronavirus pandemiyası insanlara gigiyenik normalara əməl etməyin vacibliyini bir daha xatırlatdı. Nə xoş ki, artıq mütəxəssislərin tez-tez vurğuladığı kimi, lazımi vasitələrlə və düzgün şəkildə təmizlik hər kəs üçün mütləqdir. Amma sən demə antiseptik bildiyimizin müəyyən vasitələr var ki, əslində, onlar dərimizi mikroblardan təmizləmir. Burada söhbət, əksər xanımın çantasında rast gəlinən nəm salfetlərlərdən gedir. Maraqlıdır, sözügedən aksesuarlar nə işə yarayır? Ümumiyyətlə, ondan istifadə hansı halda məqsədəuyğundur? Bax elə bu mövzuyla bağlı aradırmamız var, izləyək.

Hazırda şəhərimizdə paraben, parfüm və alkoqol tərkibli olmaqla, 3 çeşiddə nəm salfetlərin satışı həyata keçirilir. Həkimlər hesab edir ki, keyfiyyət amilindən asılı olmayaraq, onun gündəlik rutin rejimimizə daxil olması yolverilməzdir. Çünki nəm salfetlərdən mütəmadi istifadə orqanizmə allergik təsir göstərə, dərinin zədələnməsinə gətirib çıxara, tərkibində paraben varsa, hətta dəri xərçənginə səbəb ola bilər.

Digərləri ilə müqayisədə alkoqol tərkiblilər koronavirus və başqa infeksion xəstəliklərlə mübarizədə müəyyən hallarda istifadə oluna bilər. Təbii ki, axar suyun olmadığı yerlərdə və düzgün istifadə qaydalarına riayət etmək şərti ilə. Tərkibində alkoqol olmayan nəm salfetlər isə ümumiyyətlə, faydasızdır və heç bir əhəmiyyəti olmayan, yararsız məhsul hesab olunur. Təmizlik məqsədilə onunla uşaq dərisinə təmas etmək heç doğru deyil.

Əli sabunla yuduqdan sonra hansısa dezinfeksiyaedici vasitələrdən istifadə vərdişi məntiqsizdir. Nəm salfet və bu kimi məhsullar məcburi təmizlik xarakteri daşıyır və onları axar suyun olmadığı yerlərdə istifadə etmək daha məqsədəuyğundur.