• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 05.06.2020 12:29

Gəncədə daha bir “ASAN xidmət” açılacaq

KepezTV Player

İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar.Bu fikirləri Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında deyib. Vurğulayıb ki, ASAN xidmət” insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bilib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Ancaq bildiyimə görə, bəzi mərkəzlərdə sıxlıq müşahidə olunur. Çünki birincisi, xidmətlərin sayı artdı. “ASAN xidmət” fəaliyyətə başlayanda xidmətlərin sayı, səhv etmirəmsə, 100-ə qədər idi, indi isə 320-dir. Əhali də artır və müraciətlərin sayı da artır. Ona görə Bakı şəhərində əlavə iki mərkəzin yaradılması ilə bağlı qərar qəbul edildi. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin hər birində ikinci mərkəzin açılışı nəzərdə tutulur və digər şəhərlərdə. Nəzərə alsaq ki, “ASAN xidmət”in 10 səyyar avtobusu fəaliyyət göstərir, hesab edirəm ki, biz, növbəti 2-3 il ərzində ölkəmizin bütün bölgələrini əhatə edəcəyik və insanlara çox gözəl xidmət göstərəcəyik.