• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 02.06.2020 12:30

Kümçülər baramaçılıqdan yaxşı gəlir əldə edirlər

KepezTV Player

Kənd təsərrüfatının bütün sahələri kimi baramaçılıq da ildən-ilə inkişaf edir. Qarşıya qoyulan bu mühüm vəzifə Qazax rayonunda da uğurla həyata keçirilir. Kümçülər həvəslə barama istehsall ilə məşğul olurlar.

Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri bu sahəyə günü-gündən maraq artırır, baramaçılığın sirlərini öyrənir, daha çox qazanc əldə etməyə çalışırlar. Qazax sakini, Ziyafət Beydiyeva da ailəsi ilə birlikdə hazırda 10 qutu barmaya qulluq göstərir. Kümçü deyir ki, ötən il 8 qutu ipək qurdundan 450 kq məhsul götürüb. Bu il məhsuldarlığın aratacağı istisna olunmur.

Ziyafət Beydiyeva kümçü: Birinci il yaxşı gəlir əldə etdik. İndi ailəlikcə bu işlə məşğul oluruq. Yəni bizim ürəyimizcə olan bir işdir. Yaxşıda məhsul götürürük. Ailə büdcəmizi artırır yaxşı dolanırıq. Bizə çox xeyrdir.

30 illik baramaçılıq təcrübəsi olan Ülkər Pənahova da baramaçılıqla ailəsi ilə birlikdə məşğul olur. Məhsuldarlıığın artması isə istehsalçını daha da həvəsləndirir.

Ülkər Pənahova kümçü: 2019-cu ildə 8 qutu barama götürdük. Bundan 401 kq barama verdik. Bu bizi həvəsləndiridi. Bu il 10 qutu götürdük. Bunu 500 kq çatdırmaq istəyirik. Çalışırıqdakı buna nail olaq. Ona görə də həvəslə işləyirik. Gəlir verən məhsuldur. İstəyirik yaxşı olsun biz də yaxşı olaq. Məhsuldarlığımız da yaxşı olsun.

Baramaçılığın inkişafı məqsəd illə 2016-cı ildə Qazax rayonunda yeni tut bağları salınıb, köhnə bağlar isə bərpa olunub. Ötən il rayonda 213 qutu ipəkqurdundan 7667 kq barama istehsal olunub. Hazırda isə 150 qutu baramaya 16 kənddə 22 kümçü qulluq göstərir.