• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1338
— 01.06.2020 15:43

15 ağır koronavirus xəstəsinə 21 dəfə immun plazma köçürülüb

KepezTV Player

Artıq müxtəlif pandemiya xəstəxanalarında müalicə alan 15 ağır xəstəyə 9 donordan alınan immun plazma ilə 21 dəfə konvalesent plazma infuziyası aparılıb. 4 xəstədə müsbət dinamika, 3 xəstədə isə yaxşılaşma müşahidə edilib. İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma hədiyyə edə bilərlər. TƏBİB-dən verilən məlumata görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir.