• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 28.05.2020 20:33

191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi

KepezTV Player

Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-ci il təvəllüdlü iki nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılıb.