• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 26.05.2020 20:28

35 ağac zərərsizləşdirilib, 20 ağac aşıb

KepezTV Player

Son iki ayda Gəncədə 35 təhlükəli ağac kəsilərək ərazidən uzaqlaşdırılıb. Son günlər əsən güclü külək nəticəsində isə aşan 20 ağac doğranaraq ərazidən uzaqlaşdırılıb. Küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Gəncədə ötən gün axşam saatlarından başlayan güclü külək şəhərin 4 ərazisində iri gövdəli ağacları aşırıb. Aşan ağaclar nəticəsində insan təlafatı olmasa da müxtəlif ərazilərdə  yaşayış binalarına, hasarlara, artezian quyusuna eləcə də mağazalara təhlükələr yaradıb.

Gördüyünüz bu ağac Kanadaqovağı ağacı adlanır. Bu ağac böyüdükdən sonra daha tez çürüyür eləcədə quruyur. Ona görədə şəhərdə qəzalı vəziyyət olan ağaclardan daha çoxunu məhz elə bu ağaclar təşkil edir.

İlqar Allahverdiyev sakin: Şah İsmayıl Xətai 65-də mağazam var. Dünən saat 3 radələrində güclü külək əsdi. Böyük gövdəli bir ağac mağazanın üstünə düşdü. Birqada gəlib köməkliklərini göstərir.

Arif Məmmədov sakin: Güclü külək nəticəsində ağac aşıbdı. Dəyən ziyanı bilmirik. Yaşıllaşdırma idarəsindən birqada gəlibdi, sağ olsunlar. Ağacə kəsib götürəcəklər.

Bununla paralel Gəncənin müxtəlif ərazilərində yaşayan sakinlərin ərizəsi əsasında təhlükə yaradan ağaclarında zərərsizləşdirilməsi aparlır. Artıq 65 müraciət əsasında 35 ağac kəsilib. 30 ağacın yaratdığı təhlükə isə 10 günə aradan qaldırılacaq.

Rizvan Quliyev Gəncə Şəhər Yaşıllaşdırma şöbəsinin baş aqronomu: Ekologiya və Təbii Sərvətlər şöbəsinin 10 saylı ərazi idarəsinin əməkdaşları ilə bizim yaşılaşdırma idarəsinin işçiləri birlikdə monitorinq keçirərək bunları müəyyən edirik. Onları aşkar edib siyahıya alırıq. Fevral ayında 75-ə qədər qəzalı ağaz zərəsizləşdirlib. Vətəndaşlar özləri ərizə ilə müraciət edir ki, bu ağac həyatımız üçün körpə uşaqlar üçün və yaxud da yaşadıqları ev üçün hansı təhlükə yarada biləcəyi barədə məlumat verilir. Yerində baxışdan sonra ağacın budanması eləcə də kəsilməsi üçün qərar qəbul olunur.

Ağacların kəsilməsi onun növünə, yaşına  eləcə də quru olub olmamasına görə müəyyən edilərək təyin edilir. Ümumilikdə isə qanunvericiliyə uyğun olaraq ağacı fərdi şəkildə kəsənlər inzibati qaydada 3-10 min manat arası, hüquqi şəxlər isə 20 min manata qədər cərimə olunur.

Elnur Vahidoğlu