KepezTV Player
Mingəçevirdə baş verən ağır qəzada xəsarət alan uşaqlardan biri paytaxta göndərilib. Digər üç uşağın müalicəsi Mingəçevirdə davam etdirilir. Qəza ötən gün şəhərin Şəfa bağlar yaşayış massivində baş verib. Hərəkətdə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq küçədə Ramazan bayramını qeyd edən, əksəriyyəti uşaqlar olan sakinləri vurub. Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, qəzanı avtomobil sürmək öyrənən qadın törədib. Nəticədə 10-u uşaq olmaqla 13 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir şəhər xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə tibbi yardım göstərilib, 9 nəfər evə buraxılıb. Hadisəylə bağlı araşdırma aparılır.<br>
- Baxış: 840