KepezTV Player
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimindən əvvəl ölkəmizə gələrək geri dönə bilməyən Gürcüstan vətəndaşları növbəti dəfə ölkələrinə təxliyə olunublar. 34 nəfər bu gün günorta saatlarında Gürcüstanın Gəncədəki Konsulluğundan xüsusi avtobusla yola salınıb. Onlar əsasən yaxın qohumları Azərbaycanda yaşayan və bunun üçün qərb bölgəsinin şəhər və rayonlarınada olan şəxslər olub.
Laləzar Qarabağova Gürcüstan vətəndaşı: Bolnisi rayonunun Arıxlı kəndindən gəlmişdim.Göygöl rayonunda qalırdım.Artıq öz vətənimə qayıdıram.
Mediko Laliaşvili Gürcüstan vətəndaşı: Mən qızımın evinə qonaq gəlmişdim. Fevralın 15-i gəlmişdim. Epidemiyaya görə burda qaldım.Konsulluğa dedim. İndi də məni yola salırlar.
- Baxış: 822