Sürətlə yayılmaqda olan Covid-19 bütün dünyanı lərzəyə gətirdiyi bir zamanda diqqət mərkəzində aztəminatlı, tənha yaşayan, intiyazlı ailələrdir. Gəncədə də bu kateqoriyadan olanlar diqqət mərkəzindədir. Bu nəcib təşəbbüsün realizəsində isə könüllülərin rolu heç də az deyil. Gənclər və ictimai fəallar bu istiqamətdə bu gün də ön sıralardadırlar. Sırada çox maraqlı bir süjet var izləyək.
“Biz birlikdə güclüyük” şüarı altında reallaşan yardım aksiyasına Gəncədən olan bir qrup könüllü gənc də fəal qoşulub. Onlar sovqatların təyinatı üzrə çatdırılması ilə yanaşı aztəminatlı ailələrə, yaşı 65-i keçən tənha və ahıl insanlara, karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanı olmayan şəxslərə sosial yardım göstəriblər.
Aksiyanın qayəsi risk qrupuna aid vətəndaşların evdə qalmalarına nail olmaq, onları virusdan mümkün qədər qorumaqdır. Bunun üçün karantin rejimi müddətində ahıl vətəndaşlara içərisində gündəlik istifadə olunan ərzaq məhsulları və tibbi ləvazimatlar olan yardım bağlamaları çatdırılıb. Belə şəxslərdən biri də ölkədə böyükmiqyaslı tədbirlərdə fəal iştirakından qalmayan Əsli Yusifovadır.
Koronavirus pandemiyası ilə bağlı dövlət və xalq arasında böyük həmrəylik nümayiş olundu. Bu virusla mübarizədə gənc könüllülərin, ictimai fəalların göstərdiyi şücayət sözün əsl mənasında təqdirə layiqdir.
Əslində hər bir insan öz həyatının könüllüsüdür. Yəni insan özü üçün nələrsə etdikdə qarşılığında mənfəət gözləmir. Digərlərinə kömək məqsədilə kimisi maddi yardımını, kimisi əməyini, kimisi isə qızıldan da dəyərli olan zamanını ortaya qoyar. Burda qazanc isə heç şüphəsiz ki, sevinən könüllər, üzə qonan təbəssümlərdir.
- Baxış: 758