Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əməl etməyərək müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib. Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi restoranın müəyyən edilən saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib. Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkarlanıb. Obyektdə olan ümumilikdə 8 nəfər saxlanılaraq Polis Bölməsinə gətiriliblər, tibbi maskalarla təmin ediliblər. Barələrində protokol tərtib olunub və müvafiq qaydada cərimə olunublar.
- Baxış: 1536